İtaliya çempionatının 26-cı turunda “İnter” “Sassuolo”nu qəbul edib.

Oyunda hesab erkən açılıb. Cakamo Raspadori qonaqları önə keçirib. 26-cı dəqiqədə Canluka Skamakka fərqi 2 topa çatdırıb. Qalan dəqiqələrdə başqa qol qeydə alınmayıb: “İnter” – “Sassuolo”  0:2 Son 3 oyunda qələbəyə həsrət qalan Milan klubu 54 xalla yarış cədvəlində 2-cidir. 33-cü xalını qazanan Sassuolo isə 11-cidir.

Turun maraqla gözlənilən qarşılaşmalarından biri “Fiorentina” və “Atalanta” komandaları arasında keçirilib. Görüş Florensiya təmsilçisinin 1-0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundakı yeganə qolu 56-cı dəqiqədə Kriştof Piontek vurub. 42-ci xalını qazanan “Fiorentina” 7-ci pilləyə yüksəlib. Aktivində 44 xalı olan “Atalanta” 5-cidir. Yarış cədvəlinə 56 xalla “Milan” başçılıq edir.